Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Qurtuluş firqəsi hansıdır?

Sual: İslamda bir çox firqə var, onların hansı qurtuluş firqəsidir?
CAVAB: İmam Rəbbani həzrətləri buyurur:
Hədisi-şərifdə müsəlmanların 73 firqəyə ayrılacağı, yalnız bir firqənin xilas olacağı bildirilib. Bu 73 firqədən hər biri Cəhənnəmdən xilas olacağı bildirilən firqənin öz firqəsi olduğunu iddia edir. “Rum” surəsində «Hər firqə doğru yolda olduğunu zənn edib sevinər» buyurulmuşdur. Peyğəmbər əfəndimiz isə «Qurtuluş firqəsi mənim və əshabımın getdiyi yolda olanlardır» buyurmuşdur.

İslamiyyətin sahibinin özünü söylədikdən sonra əshabi-kiramı da söyləməsinə gərək olmadığı halda onları da söyləməsi «Əshabım mənim yolumdadır, mənim yolum əshabımın yoludur; qurtuluş yolu yalnız əshabımın getdiyi yoldur» deməkdir. “Nisa” surəsinin 79-cu ayəsində «Rəsula itaət Allaha itaətdir» buyurulub. Əshabi-kiramın yolunda getməyib Peyğəmbərə tabe olduğunu söyləyən ona tabe olmuş olmaz. Belə yol tutan xilas ola bilməz. “Mücadilə” surəsinin «Doğru bir şey etdiklərini sanırlar; bilin ki onlar yalançıdır» tərcüməsindəki 18-ci ayəsi belə kəslərin halından xəbər verir. Ancaq əshabi-kiramın yolunda gedən əhli-sünnə vəl-camaat firqəsidir. Cəhənnəmdən xilas olan firqə tək budur. Çünki əshaba dil uzadan onlara tabe olmaqdan, əlbəttə, məhrumdur. Onlara dil uzatmaq Rəsulullaha dil uzatmaq olar. «Əshabi-kirama hörmət göstərməyən Rəsulullaha iman etməmişdir» buyurulmuşdur. Çünki onların pislənməsi sahiblərinin, əfəndilərinin pislənməsidir. Qurani-kərimdən və hədisi-şəriflərdən çıxan ehkamı bizlərə gətirən əshabi-kiramdır. Onlara dil uzadılınca onların gətirdiyi şey də dəyərdən düşər. İslamı bizlərə gətirən bir neçə əshab deyil. Bunda hər birinin xidməti, payı vardır. Hamısı ədalətdə, düzgünlükdə və öyrətməkdə bərabərdir. Onların birinə dil uzadılınca islamiyyət pislənmiş olar.

Əshabi-kirama tabe olmaq üçün heç birini inkar etmək olmaz. Bir qismi bəyənilməyincə digər qisminə tabe olunmuş olmaz. Çünki həzrəti Əli digər üç xəlifənin böyük və tabe olunmağa layiq olduğunu bilirdi. Onlara sevə-sevə beyət etmiş, xilafətlərini qəbul etmişdi. Digər üç xəlifəni sevmədikcə həzrəti Əliyə tabe olduğunu söyləmək yalan olar. Hətta həzrəti Əlini bəyənməmək, onun sözlərini qəbul etməmək olar. Allahu-təalanın aslanı Əli üçün “Onları idarə edirdi, üzlərinə gülürdü” demək cahilcəsinə deyilmiş söz olar. Allahın aslanının o qədər elm və qəhrəmanlığı ilə tam olaraq 30 il üç xəlifəyə qarşı düşmənliyini saxlayıb dost göründüyünü və onlarla yalandan yoldaşlıq etdiyini hansı ağıl qəbul edər? Ən alçaq bir müsəlman belə bu cür ikiüzlülük edə bilməz. Onu bu qədər kiçildən və aciz, hiyləgər və münafiq edən belə sözlərin çirkinliyini düşünmək lazımdır. Peyğəmbər əfəndimizin bu üç xəlifəni tərifləməyinə, bütün yaşadığı müddətdə onları dəyərləndirdiyinə nə deyəcəklər? Ona da ikiüzlü deyəcəklər?

Peyğəmbərin doğrunu bildirməsi vacibdir. “İdarə edirdi” deyən zındıq olar. Münafiqlər "Muhammed vəhydən maraqlarına uyğun gələnləri söyləyir, maraqlarına uyğun gəlməyənləri söyləmir" deyirdi. Bunun üzərinə “Maidə” surəsinin «Ey Rəsulum! Rəbbindən sənə endiriləni hər kəsə çatdır! Bunları doğru bildirməzsənsə, Peyğəmbərlik vəzifəni etməmiş olarsan» tərcüməsindəki 70-ci ayəsi gələrək hər şeyi doğru söylədiyi bildirildi. Peyğəmbərimiz axirətə təşrif edənə qədər üç xəlifəni tərifləyib başqalarından üstün tutardı. Demək, Rəsulullaha tabe olub onları üstün tutmaq lazımdır. «Əshabi-kiram»

İman ediləcək şeylərdə ayrılıq olmaz
İmam Rəbbani həzrətləri buyurur:
İman ediləcək şeylərdə əshabi-kiramın hamısına tabe olmaq lazımdır. Çünki etiqad ediləcək şeylərdə bir-birlərindən heç ayrılıqları yoxdur. Əshabi-kiramdan birinə dil uzadan şəxs hamısını ləkələmiş olar. Çünki hamısının imanı, etiqadı birdir. Birinə dil uzadan heç birinə tabe olmamış olar. Bir-birlərinə uymadıqlarını, aralarında birlik olmadığını söyləmiş olar. Onlardan birini pisləmək onun söylədiklərinə inanmamaqdır. İslamı bizlərə onların hamısı bildirmişdir. Onların hər biri ədalətlidir, doğrudur. Hər birinin islamiyyətdə bildirdiyi bir şey vardır. Hər biri ayəti-kərimələri gətirmiş, Qurani-kərim toplanmışdır. Bir qismini bəyənməyən İslamiyyəti bildirəni bəyənməmiş olar. Bəyənməyən də Cəhənnəmə gedər. Qurani-kərimdə «Qurani-kərimin bir qisminə inanırsınız, bir qisminə inanmırsınız? Belə edənlərin cəzası dünyada alçaq, rüsvay olmaqdır. Axirətdə də ən şiddətli əzaba atılacaqlar» buyurulmuşdur. «Bəqərə, 85»

Qurani-kərimi toplayan üç xəlifəni pisləmək Qurani-kərimi pisləmək olar. Ağlı olan şəxs əshabi-kiramın hamısının səhv bir qərarda birləşəcəklərini söyləyə bilməz. Halbuki o gün əshabi-kiramdan 33 mini hamısı birdən, istəklə və sevə-sevə Əbu Bəkri xəlifə etdi. 33 min səhabənin səhv bir işdə söz birliyi etməsi olacaq şey deyil. Necə ki, Rəsulullah «Ümmətim dəlalətdə birləşməz, səhv bir iş üzərində ittifaqda olmazlar» buyurmuşdur. «İbni Macə»

Əshabi-kiramın arasındakı ayrılıqlar pis düşüncələr üzündən deyildi. Çünki onların mübarək nəfsləri tərtəmiz olmuşdu. Onların bütün istəkləri islama uymaq idi. Ayrılıqları ictihad ayrılığı idi. Yanılanları da savaba qovuşmuşdur. İmam Şəfii «Allahu-təala əllərimizi o qanlara bulaşdırmadı. Biz də dillərimizi bulaşdırmayaq. Rəsulullahdan sonra əshabi-kiram çox düşündü. Əbu Bəkrdən daha üstün şəxsi tapa bilməyib onu xəlifə etdilər» buyurdu. Bu da həzrəti Əlinin ikiüzlü olmadığını və Əbu Bəkri sevə-sevə xəlifə etdiyini göstərir. «c. 1 m. 80»

Muhammed Məsum həzrətləri buyurur:
Allahu-təala «Ya Musa! Mənim üçün nə əməl etdin?» buyurdu. O da «Ya Rəbbi! Sənin üçün namaz qıldım, oruc tutdum, zəkat verdim və Səni zikr etdim» deyincə Allahu-təala «Namaz sənin üçün bürhandır. Oruc səni Cəhənnəmdən qoruyan qalxandır. Zəkat məhşər günü hər kəs istidən yanarkən sənə bir kölgə olacaq. Zikr də o gün qaranlıqda sənə nur olacaq. Mənim üçün nə etdin?» buyurdu. Həzrəti Musa «Ya Rəbbi, sənin üçün olan əməl nədir?» dedi. Allahu-təala «Sevdiyimi mənim üçün sevdinmi və düşmənimi düşmən bildinmi?» buyurdu. Həzrəti Musa Allahu-təalanın sevdiyi əməlin Onun dostlarını sevmək və düşmənlərini sevməmək olduğunu anladı. Demək sevgilinin sevdiklərini sevmək və düşmənlərinə düşmən olmaq sevginin əlamətidir. “Mumtəhinə” surəsinin «İbrahim və əshabı kafirlərə “Biz sizdən və bütlərinizdən uzağıq; siz bir olan Allaha inanana qədər aramızda düşmənlik olacaq” dedilər. Onların bu gözəl halları sizə nümunə olmalıdır» tərcüməsindəki 4-cü ayəsi göstərir ki, iman sahibi olmaq üçün belə düşmənlik şərtdir və Allahın düşmənlərini sevmək imanı yox edər. Rəsulullahın söhbətinə qovuşmaqla şərəflənən əshabi-kiram bir-birlərini çox sevərdilər. Bir-birlərinə deyil, kafirlərə düşmən idilər. “Fəth” surəsinin «Kafirlərə düşmən, bir-birlərinə mərhəmətli idilər» tərcüməsindəki 29-cu ayəsi sözümüzü isbat edir. «m. 29»

Səbəçilərlə yəhudilərin bənzər inancları
Seyid Əbdülqədir Qeylani həzrətləri Qünyədə buyurur: «72 bidət firqəsindən biri olan yəhudi ibni Səbənin firqəsi «hürufilik» bir çox istiqamətdən yəhudilərə bənzəyir. Belə ki:
1- Yəhudilər imamlığin müəyyən bir zümrəyə məxsus olduğunu deyirlər. Səbəçilər də “Xəlifəlik tək imam Əli və onun soyundan olanların haqqıdır” deyirlər

2- Yəhudilərə görə Dəccal çıxana qədər cihad [döyüş] caiz deyil. Səbəçilərə görə də həzrəti Mehdi çıxana qədər cihad caiz deyil.

3- Yəhudilər də, Səbəçilər də ulduzlar çıxana qədər orucu pozmaz.

4- Yəhudilər coraba məsh edər, Səbəçilər də çılpaq ayağa və ya coraba məsh edər.

5- Yəhudinin müsəlmanı öldürməsi halaldır. Səbəçilərin də əhli-sünnəni öldürməsi halaldır.

6- Yəhudilər boşadığı qadınla iddət gözləmədən evlənərlər. Səbəçilər də iddət gözləməz. Bir saatlığına da evlənib boşayarlar və arxasından başqa bir səbəçi o qadınla evlənə bilər.

7- Yəhudilərdə üç boşanma nigaha mane olmaz. Səbəçilər də üç dəfə boşadığı qadınla yenə evlənə bilərlər. [Sələfiyyəçilərin piri İbni Teymiyyə də bir anda üç dəfə boşamağı bir boşamaq qəbul edir.]

8- Yəhudilər Tövratı və İncili dəyişdirdilər. Səbəçilər də bəzi ayələri dəyişdirib yazdılar. Quranı əshab yığdığı üçün, əshaba olan düşmənliklərindən ötrü Quranda əskiklik və çoxluğun olduğunu deyirlər.

9- Yəhudilər Cəbrayıl əleyhissəlama düşməndir. Səbəçilər də “Vəhy Əliyə gəlməli ikən Cəbrayıl Muhammedə endirdi” deyərək Cəbrayıl əleyhissəlama düşmən oldular.

10- Tövratda dovşan haram edildiyi üçün yəhudilər yeməz. Səbəçilər də dovşan əti yeməz. Halbuki dinimizdə dovşan əti halaldır. “Dürər”
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
29 Mart 2024 Cuma
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net